İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan istəyir ki, diaspora..." - ŞOK AÇIQLAMA

"ABŞ-Ermənistan münasibətlərində baş nazir Nikol Paşinyanın Amerikaya son səfəri fonunda müəyyən dəyişikliklər gözlənilir".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Qriqor Balasanyan danışıb.

"Adətən, diaspora nümayəndələri ilə görüşlər səfərlərin sonunda təşkil olunur və bu görüş artıq baş tutduğuna görə deyə bilərik ki, rəsmi hissə başa çatıb. Nəticədə biz deyə bilərik ki, erməni tərəfi Paşinyanın nə Donald Tramp, nə də dövlət katibi ilə görüşünü təşkil edə bilib. Bu, ABŞ-Ermənistan münasibətlərində müəyyən dəyişikliklərin olduğunu göstərir", - deyə o, yerli 24TV efirində bildirib.

Balasanyan bu dəyişikliklərin əsasən əvvəlki administrasiya ilə imzalanmış strateji tərəfdaşlıq sazişinin taleyinə təsir edəcəyini qeyd edib.

"Hər hansı ikitərəfli görüşün olmaması Tramp administrasiyasının Baydenin dövründə başlayan xətti davam etdirməyə niyyətli olmadığını göstərir.

Bu kontekstdə, Paşinyan erməni diasporasını Ermənistandan uzaqlaşdırmaq məqsədini güdən siyasət aparır. Belə bir təəssürat yaranır ki, görünməyən bir əl prosesləri elə yönləndirir ki, diaspora nümayəndələri özləri Ermənistanla əlaqələrini kəssinlər", - deyə Qriqor Balasanyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR