İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa ABŞ-dan maye qaz idxalını 1,5 dəfə artırıb

Yanvarda Rusiyanın Avropa İttifaqına mayeləşdirilmiş təbii qaz (LNG) ixrcı 2 milyard kubmetri keçib.

Musavat.com Bruegel Avropa analitik mərkəzinin məlumatlarına istinadən xəbər verir ki, ötən ay Aİ-nin Rusiyadan LNG idxalı 2,054 milyard kubmetr təşkil edib.

2024-cü ilin yanvarında bu göstəricinin 2,059 milyard kubmetr təşkil etdiyini nəzərə aldıqda idxalın cüzi də olsa azaldığını görmək olar.

Amerika istiqamətindən (ABŞ və Trinidad və Tobaqo) Aİ-yə LNG tədarükü ötən ay 2024-cü ilin dekabr ayı ilə müqayisədə 1,5 dəfədən çox artaraq 6,64 milyard kubmetrə çatıb. Bu, bütün müşahidə dövrü üçün ikinci ən yüksək nəticə oldu.

Daha 1,5 milyard kubmetrə yaxın LNG Afrikadan, 937 milyon kubmetr isə Yaxın Şərqdən alınıb.

Bruegel-ə görə, yanvarda Avropanın ümumi LNG idxalı təxminən 11,5 milyard kubmetr təşkil edib. Bu, 2024-cü ilin yanvar göstəricisindən 10 faiz yüksəkdir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkəsindən qaz-neft alışını artırmasa, Aİ-yə qarşı idxal rüsumları tətbiq edəcəyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR