İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan parlamenti 49 deputatın fəaliyyətini dayandırdı

Gürcüstan parlamenti 49 müxalif deputatın fəaliyyətini dayandırıb.

Musavat.com xəbər verir ki, bu, "Vahid – Milli Hərəkat", "Dəyişikliklər üçün Koalisiya" və "Güclü Gürcüstan" müxalifət partiyalarından olan deputatlara aiddir.

Onlar parlamentə seçilib, lakin seçkilərin nəticələrini qəbul etmirlər. Bu deputatlar özləri səlahiyyətlərinin dayandırılması tələbi ilə dekabrda müraciət ediblər.

Hazırda Gürcüstan parlamentində rəsmi olaraq 101 deputat var. Onlardan 81-i hakim "Gürcü Arzusu" partiyasına, 8-i müxalifətə keçmiş "Xalqın Gücü" partiyasına və 12-si seçkilərin nəticələrini qəbul etməyən "Qaxariya – Gürcüstan üçün" partiyasına aiddir. Lakin bu partiyalar səlahiyyətlərinin dayandırılması ilə bağlı hər hansı bir müraciət etməyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR