Onlayn ictimai-siyasi qəzet
Bolqarıstan Azərbaycan vasitəsilə qaz idxalı ilə bağlı problemlərini qismən həll edib, lakin dolayı yolla Rusiya qazını almağa davam edir.
Musavat.com xəbər verir ki, bu məlumatla Bolqarıstan prezidenti Rumen Radev ölkə mətbuatında çıxış edib.
Onun sözlərinə görə, Bolqarıstan Azərbaycandan qaz hesabına təchizat probleminin qismən həll edib və maye qaz almayıb:
"Təbii qaz Qərbdən Şərqə getmir. Qaz Rusiyadan gəlir. Hesab edirəm ki, Rusiya qazı Bolqarıstana svop əməliyyatları və ya vasitəçilər vasitəsilə axmağa davam edir".
2024-cü ildə Azərbaycandan Bolqarıstana təbii qaz tədarükü 2 milyard kubmetr (2023-cü ildə 1,25 milyard kubmetr) təşkil edib. Bolqarıstanın qaza olan tələbatı ildə 3 milyard kubmetrdən çoxdur.
Qeyd edək ki, 2022-ci ildə Bolqarıstan dəyərini rublla ödəməmək üçün Rusiya qazından imtina edən ilk Avropa ölkələrindən biri olub.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ