İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft qiymətlərindən BƏD XƏBƏR

ABŞ prezidenti Donald Trampın İran neftinin ixracını sıfırlamağı nəzərdə tutan sərəncamına rəğmən, dünya bazarında neft qiymətlərinin ucuzlaşması sürətlənib.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, Londonun ICE birjasında bu gün günortadan sonra keçirilən hərraclarda "Brent" neftinin qiyməti 1,15 dollardan çox ucuzlaşaraq 75 dollara düşüb.

Nyu-Yorkun "Nymex" birjasında WTI nefti 1,3 dollar dəyərsizləşməklə 71,4 dollar olub.

Analitik mərkəzlər bu azalmanı ABŞ-da neft ehtiyatlarının son bir ildə görünməyən həcmdə artması ilə izah edirlər. Belə ki, ABŞ Energetika Nazirliyinin məlumatına əsasən, ötən həftə ölkədə kommersiya neft ehtiyatları 8,66 milyon barel artaraq 423,79 milyon barelə çatıb. Həmçinin benzin ehtiyatları 2,23 milyon barel artaraq 251,09 milyon barel, kommersiya distillə ehtiyatları 5,47 milyon barel azalaraq 118,48 milyon barel olub.

Mütəxəssislər neft ehtiyatlarının 1,9 milyon barel, benzin ehtiyatlarının 210 min barel artacağını, distillə ehtiyatlarının isə 2,07 milyon barel azalacağını gözləyirdilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR