Onlayn ictimai-siyasi qəzet
"Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfərinin məqsədi Donald Tramp ilə foto çəkdirməkdir".
Musavat.com xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyət Ermənistan hökumətinin xarici siyasətinin tam uğursuzluğunun göstəricisidir.
"Biz ABŞ ilə Strateji Əməkdaşlıq Xartiyasını imzaladıq, amma sənədlə tanış olduqdan sonra hər kəs aydın şəkildə başa düşdü ki, bu, boş bir sənəddir, orada heç nə yoxdur. Sənəd hər hansı bir hərbi yardımı nəzərdə tutmur, sadəcə gözəl ifadələrdən ibarətdir. Belə bir sənəd imzalandıqdan sonra Ermənistanın ABŞ prezidentinin inauqurasiyasına dəvət edilməməsi təəccüblü deyil, andiçmədən sonra isə ABŞ-a heç bir rəsmi səfər baş verməyib", - deyə Xaçikyan qeyd edib.
"Paşinyan üçün maksimal plan Tramp ilə bu tədbirin kuluarlarında qısa bir görüş təşkil etmək və foto çəkdirmək idi. Ermənistanı İrana qarşı fəaliyyətlərə cəlb etməyə məcbur edə bilərlər. Bu, xüsusilə indi, ABŞ Rusiyanın düşdüyü çətin vəziyyətdən istifadə edərək İran məsələsini tam həll etməyə hazır olduğu zaman çox real görünür", - deyə Artur Xaçikyan bildirib.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ