Onlayn ictimai-siyasi qəzet
Yaşıl xətdə 44 saylı marşrut üzrə hərəkət edən qatar saat 12:00-da "Nərimanov" elektrik deposunun qataryuma sahəsində plana uyğun qaydada su şırnağı ilə təmizləndikdən sonra texniki baxış keçirilərək, xəttə buraxılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, həmin qatarın sərnişin salonunun tavan hissəsindən axıntı barədə məlumat daxil olub.
"Dərhal müvafiq texniki araşdırmaya başlanılması barədə göstəriş verilib. Qısa müddətdən sonra axıntının dayanması müşahidə edilib. İlkin araşdırmaya görə, yuma prosesində vaqonun ban hissəsindəki qovşaqlarda su qalığı formalaşıb. Su qalıqlarının drenaj sistemi ilə xaric olunması isə tam baş tutmayıb. Bununla belə, texniki araşdırmanın elektrik deposu şəraitində davam etdirilməsi qərara alınıb. Qatar hərəkət qrafiki pozulmadan və interval qorunmaqla xətdən çıxarılıb, əvəzinə xəttə qatar verilib", məlumatda qeyd edilib.
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ