Onlayn ictimai-siyasi qəzet
Son bir il ərzində Rusiyada miqrasiya siyasətinin təkmilləşdirilməsi yönündə 10-dan artıq qanun qəbul edilib ki, bunlar da xarici vətəndaşların, xüsusilə də əmək miqrantları üçün ölkədə qalmaq və hərəkət etmək şərtlərini çətinləşdirib.
Fevralın 5-dən isə Rusiyada miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı iki yeni qanunun icrası başlanır. Birinci dəyişiklik qanunsuz miqrantların deportasiyasını nəzərdə tutan qanunun qüvvəyə minməsi ilə bağlıdır. İkinci yenilik isə ölkəyə giriş-çıxış qaydalarının pozulması və nəzarət siyahısına düşən miqrantlara göstərilməsi qadağan olunan xidmətlər üçün inzibati məsuliyyətin tətbiq olunmasıdır.
Xatırladaq ki, Rusiya hakimiyyəti ötən il martın 22-də “Crocus City Hall”da 145 nəfərin ölümü və 550-dən çox insanın yaralanması ilə nəticələnən terror aktından sonra miqrantların işinə məhdudiyyətlərin tətbiqini sürətləndirib.
Bəs görəsən, Rusiyada qeyri-qanuni yaşayan azərbaycanlılar hansı prosedurlarla deportasiya ediləcək? Həmvətənlərimizi nə kimi təhlükələr gözləyir? Ümumiyyətlə, deportasiya qərarına etiraz etmək mümkündürmü və bunun üçün hansı hüquqi mexanizmlər mövcuddur?
Hüquqşünas Ramil Süleymanov “TV Müsavat”ın qonağı olub, bu və digər sualları cavablandırıb.
Musavat.com həmin videomaterialı təqdim edir:
Afaq Mirayiq,
Rafət Şahbazov
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ