Onlayn ictimai-siyasi qəzet
“Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan yazıb:
“Azərbaycan 2023-cü ilin sentyabr hücumunun (Azərbaycanın öz torpaqlarını azad etməsi-red.) ildönümü ərəfəsində artıq bir aydır ki, hərbi əməliyyatların müxtəlif epizodlarını dərc edir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı, revanşist Tiqran Abramyan Facebook hesabında yazıb.
“Onların məqsədi döyüşdə hansı taktika və hərəkətlərdən istifadə edildiyini, mühüm qovşaqlara nəzarətin necə qurulduğunu və Azərbaycanın xüsusi təyinatlı bölmələrinin necə çıxış etdiyini göstərməkdir.
Bu hücum nəticəsində 200-dən çox erməni əsgəri öldü və Azərbaycan Qarabağ üzərində nəzarəti bərqərar edərək, mahiyyətcə sonrakı mübarizə üçün heç bir şans buraxmadı.
Qarabağın (separatçı oyuncaq qurumu nəzərdə tutur-red.) təslim olmasına haqq qazandırmaq üçün Paşinyan həm siyasi, həm də təbliğat sferasında ifadə olunan ən əxlaqsız addımlara əl atır, külli miqdarda dezinformasiya yaradır”,-deyə Abramya yazıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ