Onlayn ictimai-siyasi qəzet
Erməni identikliyinin üç mühüm özəlliyini sadalamaq istəsək, onlardan birincisi heç şübhəsiz, nankorluq, ikincisi genetik riyakarlıq, üçüncüsü isə qandan gələn saxtakarlıqdır. Ermənilərin “tanınma nişanları” sayılacaq hər üç bənzərsiz keyfiyyət Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə bütün çılpaqlığı ilə, qabarıq şəkildə ortaya çıxdı, dünyaya əyani nümayiş etdirildi.
Məsələn, işğal elədikləri, erməninin tarix boyu yaşamadığı yad torpaqda “kilsə” tikib sonra da onu “qədim erməni mədəni-dini irsi”nin abidəsi kimi dünyaya təqdim eləmək yalnız bu həyasız, yaramaz xislətli, başdan xəstə qəbilənin ağlına gələ bilərdi.
Əlbəttə, “yalanla zinanın ömrü 40 gün çəkər” deyiblər. Amma gəl ki, bunların yalanı çox uzun çəkir. Ona görə ki, dünyada, əsasən də Qərb xristian dünyasında erməni yalanlarına inananlar, hətta bu yalanlar üçün əldən gedən çevrılər var. Təki müsəlman-Türk toplumunun yurdu getdikcə kiçilsin, Türk xalqları və dövlətləri güclənə, toparlana, birləşə bilməsin. Qısası, “erməni kartı” məsələsi.
Mətləbdən uzaqlaşmayaq.
Artıq məlumdur ki, vəhşi qəbilənin nümayəndələri işğal altında olmuş Cəbrayılda və Laçın şəhərində “erməni kilsəsi” inşa ediblər. Onların katolikosu həmin binalara sırtıqcasına, heç bir utanc hissi keçirmədən “xeyir-dua” da verib. Sanki dədələrinin ərazisi imiş. Çünki “xeyir-dua”nın birinci anlamı halallığa bağlıdır. İndi onların dinsiz-imansız və allahsız keşişinin halallıq haqda təsəvvürü belədirsə, gör sıravi hay hansı düşüncədədir...
Bəllidir ki, Cəbrayıldakı “kilsə” keçən il yerlə bir edilib. Laçındakının aqibəti isə hələ dəqiqləşməyib. Qərarı Azərbaycan dövləti verəcək. Hər necə olmasa, ərazimizdə tikilən bütün qanuni-qanunsuz binalar barədə son hökm dövlətə məxsusdur. Məqbul sayılarsa, “kilsə” adlanan tikilidən təsərrüfat məqsədləri üçün də istifadə oluna bilər. Özümüz bilərik.
Hərçənd nə eləsək belə, şəkk-şübhə yox ki, ermənilər əleyhimizə “qara təbliğatı” dayandıran deyillər. Əgər Qərb dünyasında erməni yalanlarının vurğunu olanlar “itə tök”dürsə, əgər YUNESKO-nun başında qatı ermənipərəst fransızın biri durursa, rahat oturmağa zərrəcə haqqımız yox! Yəni qondarma kilsəni nəyə çevirməkdən daha çox, biz erməni əks-təbliğatını neytrallaşdırmaq haqda fikirləşməliyik. Həm də o səbəbə ki, erməni yüz illərdir məhz saxta din faktoru hesabına öz işğalçılığına havadar qazanmağa çalışıb: “harda erməni kilsəsi, enməni xaçkarı var, deməli, ora qədim erməni yurdu olub” iddiası yəni.
Artıq Laçın “kilsəsi” ilə bağlı da ənənəvi vay-şivən başlayıb. Avqustun 18-də Laçında işğal illərində (1996-98-ci) tikilmiş “kilsə”də çıxmazdan öncə sonuncu “ibadət mərasimi”ni keçirib, gedəndən sonra isə belə bir “feyk”i tirajlayırlar ki, bəs Azərbaycan Laçındakı qədim “erməni kilsəsi”ni məscidə çevirməyə hazırlaşır. Halbuki bizim əlimizdə daşdan keçən əlavə sənədlər də var. Qalır erməninin uydurmalarını ən əvvəl onun çox güvəndiyi xristian dünyasında faş eləmək.
Söhbət ondan gedir ki, ermənilərin “tarixi abidə” kimi təqdim etməyə çalışdıqları kilsə Laçın sakini Qubad İbrahimovun evinin yerində tikilib. Belə ki, 1988-ci ildə Qubad İbrahimov Laçın rayon mərkəzində, Həzi Aslanov küçəsi, 35 ünvanında fərdi yaşayış evində yaşayıb. Köçkün hesab edir ki, evinin yerindəki qanunsuz tikili sökülməlidir. Fəqət o, erməni qanunsuz tikilisini sökəndən sonra öz torpağında evinin tikilməsində israr etmir. Dediyinə görə, Laçında demək olar ki, hər şey yenidən qurulmalı və onun yerində nə tikiləcəyi ilə bağlı qərarı Azərbaycanın dövləti verməlidir.
Qubad İbrahimov
“Bizim əsas məqsədimiz ermənilərin Laçında guya “qədim kilsə” olması haqda beynəlxalq təbliğatını ifşa etməkdir. Bu məsələni cəmiyyətdə və mediada mümkün qədər işıqlandırmaq, beynəlxalq strukturları məlumatlandırmaq lazımdır”, – İbrahimov mediaya açıqlamasında qeyd edib.
Adam tam haqlı. Biz işğalçını döyüş meydanında məğlub eləsək də, müharibə bitsə də, təbliğat-informasiya savaşı hələ bitib-eləməyib. Bu nanəcib, sürtük, saxtakar və mənfur qonşu ilə davamız davam edir. Bəlkə də bu dava Qiyamətə kimi çəkəcək. Ona görə ki, xroniki “erməni xəstəliyi” həddən-ziyadə dərinə işləyib və erməni də, onun YUNESKO timsalında beynəlxalq havadarları da bu xəstəliyi israrla danırlar.
Demək, işimizi üçqat möhkəm tutmalı, diplomatiya və təbliğat alanlarında da düşmənin kürəyini yerə basmağı bacarmalıyıq...
Zahid SƏFƏROĞLU
06 Noyabr 2024
29 Oktyabr 2024
23 Oktyabr 2024
21 Oktyabr 2024
16 Oktyabr 2024
14 Oktyabr 2024
09 Oktyabr 2024
04 Oktyabr 2024
26 Sentyabr 2024
25 Sentyabr 2024
19 Sentyabr 2024
13 Sentyabr 2024
09 Sentyabr 2024
30 Avqust 2024
05 Avqust 2024
30 Iyul 2024
19 Iyul 2024
26 Iyun 2024
22 Iyun 2024
19 Iyun 2024
12 Iyun 2024
11 Iyun 2024
03 Iyun 2024
01 Iyun 2024
29 May 2024
24 May 2024
21 May 2024
17 May 2024
08 May 2024
03 May 2024
ŞƏRHLƏRŞƏRH YAZ