İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamala Harrisin erməni sevgisi – “Qan qohumluğu” sözünü deyir

ABŞ-ın vitse-prezidenti, demokratların prezidentliyə namizədi Kamala Harrisin erməni “damarı” tutub. Söhbət heç də onun kapitulyant ölkənin formal müstəqillik günü ilə bağlı İrəvana göndərdiyi təbrik məktubundakı “biz demokratiyanı gücləndirmək və regionda sabitliyi təşviq etmək səylərində Ermənistanı dəstəkləməyə davam edəcəyik” sözlərindən, və ya “Ermənistan və onun qonşuları arasında suverenlik, müstəqillik və ərazi bütövlüyünə hörmət əsasında davamlı sülhün əldə edilməsinə sadiqik” kimi şablon ifadədən, yaxud da uydurma (1915) “soyqırımı”na görə tökdüyü “timsah göz yaşı”ndan getmir.

Söhbət ardınca gələn bu sitatdan gedir: “Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin sağ-salamat öz evlərinə qayıtmaq hüququ erməni xalqının ləyaqətinin və regionda sabitliyin bərpası üçün vacibdir. Ermənistan və onun xalqı azadlıq və ədalət axtarışlarına ilham verən zəngin tarixə malikdir. Mən xalqlarımız arasında əlaqələri dərinləşdirməyə və ortaq dəyərlərimizi və istəklərimizi dəstəkləyən tərəfdaşlığı gücləndirməyə sadiqəm”.

“Dağlıq Qarabağ”, “erməni xalqının ləyaqəti”, “zəngin tarix”, “didərgin düşən ermənilər”, “ortaq dəyərlər”...

Xocalı, Meşəli, Başlıbel soyqırımlarına imza atan və buna görə hələ də tükü belə tərpənməyən köçmən toplumun, çörəyi dizi üstdə olan mənfur qövmün, “Hindistan qaraçıları”nın sən demə, ləyaqəti və zəngin tarixi varmış. Qarabağda erməni əhalinin zorla deyil, könüllü köç etməsindən, yüz minlərlə Qərbi azərbaycanlının Ermənistan adlı qədim Türk yurdundan vəhşicəsinə qovulmasından da Harris guya bixəbərmiş.

Əslinə qalsa, ortada yeni heç nə yox. Qarabağı biz əsasən respublikaçı Donald Tramp dönəmində azad etmişik. O zaman ABŞ-dan ciddi qınaq və etiraz səsləri eşitmədik. Şər-böhtan, “qırmızı xətləri” aşan çirkin qarayaxma kampaniyası məhz Bayden administrasiyası dövründə vüsət aldı. Halal qələbəmizi hələ də “həzm edə” bilmirlər...

Azərbaycan əleyhinə sonuncu belə təxribat aksiyası cəmi 6 gün qabaq Konqresdə təşkil olunmuşdu. Məqsədli şəkildə Qarabağdakı antiterror əməliyyatının birinci ildönümü gününə salınan həmin anti-Azərbaycan dinləmələrinə separatçıların nümayəndəsini də dəvət etmiş, üstəlik, onu “artsaxın ombudsmanı” kimi təqdim etmişdilər. O da təbii ki, gözünü yumub ağzını açmışdı.

Bəs bu separatçı-quldura kim viza vermişdi? Əlbəttə ki, ABŞ-ın Ermənistandakı səfirliyi. Amerikanlar belə bir vizanı Abxaziya və ya Donbas separatçısına da verərmi? Əsla. Ona görə ki, sonuncular xristian Gürcüstana və xristian Ukraynaya üsyan edənlərdir. Xristian ermənilər isə Türk-müsəlman Azərbaycan dövlətinə meydan oxuya, hətta o tərəfə də keçə bilərlər.

Təsadüfi deyil ki, Konqresdəki bədnam tədbirdə “Qarabağ konfliktinin guya həm də dini motivdən qaynaqlandığı” haqda sərsəm iddia səslənmişdi. Nə barədə ki, Azərbaycan XİN-in etiraz bəyanatında haqlı olaraq, qeyd və xəbərdarlıq edilib...

Kəsəsi, nə o vaxt, nə də indi rəsmi Vaşinqton “erməni məsələsi”ndə beynəlxalq hüququn yox, haqsız erməninin yanında olub, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi vecinə olmayıb. Erməni cani-separatçıları, işğalçıları qınamaq nədir, əksinə, onların qeydinə qalıb, başlarını tumarlayıb. Ta ərazimizdə separatizmin kökü kəsilənədək.

Qarabağdakı xunta rejiminə ABŞ əlindən gələni köməyi edib, o sırada hər il dövlət büdcəsindən maliyyə vəsaiti ayırıb. İndi isə bu dəstəyi ölkəmizə qarsi şər-böhtan kampaniyası şəklində davam etdirir, anti-Azərbaycan projelərinə para əsirgəmir.

Yəni Kamala Harrisin yuxarıdakı fikriləri yalnızca bir ovuc erməni seçicinin səsini almaq istəyindən qaynaqlanmır. Bu, ümumən Amerika erməni lobbisinə bağlı Demokratlar Partiyasının Azərbaycana münasibətdə izlədiyi ənənəvi siyasətdir. Demək, Harris prezident olarsa, Ağ Ev hökuməti “erməni kartı”ndan Azərbaycana qarşı istifadəni davam etdirəcək...

Bunu da yada salmağın yeri var ki, Azərbaycan əleyhinə bədnam və ədalətsiz “907-ci düzəliş”in (1992) təşəbbüsçülərindən biri Konqresdəki “erməni qrupu”nun ovaxtkı üzvü Co Bayden olub. O Bayden ki, üstəlik, uydurma “erməni soyqırımı”nı rəsmən tanıyan ilk ABŞ prezidenti kimi tarixə düşüb. Varisi ondan artıq olmayacaq ki.

Ötə yandan, yaşı 60-a yaxınlaşan bu qadının anası hindlidir - ermənilərlə qan qohumluğu olan bir millətin nümayəndəsi. Hindistanın Ermənistanın isti münasibəti də ki, bəlli. Kapitulyant ölkəni silahlandıran üç ölkədən biri o.

Ancaq “su çanağı suda sınar”. Bayden Azərbaycana nə edə bildi ki, ondan xeyli dərəcədə zəif siyasi təcrübəyə və dünyagörüşünə malik Harrisin bizə hansısa pisliyi keçsin? Dünya dəyişib. Hara hərləsələr, bölgənin açar dövləti Azərbaycansız bir iş görmək mümkünsüz! Hələ bilmək olmaz, Kamala 5 noyabr seçkisində erməni lobbisinə bağlılığı olmayan Trampa qalib gələ biləcəkmi?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR