Onlayn ictimai-siyasi qəzet
Düşdükləri bəlalara görə özlərindən savayı hamını günahkar çıxarmaq ermənilərin qanındadır. Bu əbləh tayfaya həmişə elə gəlir ki, az qala bütün bəşəriyyət nəyə görəsə ona borcludur. O səbəbə yerdə qalan xalqlar daim onun nazını çəkməli, hər cür sırtıqlığına və şıltaqlığına dözməli, iddialarını qeyd-şərtsiz təmin etməlidir. Nə səbəbə? Yəqin ki, tək özləri bilir...
Amma saxtakarlığı, riyakarlığı gendən gələn zavallı haylar arada-bir çaşıb sözün düzünü də deyirlər. Misal üçün, Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Qaqik Melkonyan dünən giley-güzarla və yarım-etiraf formasında ərz edib ki, bəs Ermənistanın müttəfiqi yoxdur.
Niyə də olsun ki? Qul-nökərin bəyəm dostu-müttəfiqi olur? Əsla. Ağası, böyüyü, yiyəsi olur!..
Dost tapmaq üçün öncə layiqli və ləyaqətli dost olmaq gərək. Yoxsa qul, maşa olmağı hədəf seçənlər elə qul, maşa qədər də dəyərə ümid edə bilərlər. Qulun hesabına “qara işlər” görər, maşa ilə “ocaq”dan köz götürərlər. Əzab-əziyyət, oda yanmaq isə qula, maşaya qalır...
Başqa yandan, DOST - sən olmayan yerdə səni müdafiə edəndir. Daha səndən öz maraqları naminə faydalanan yox. Sənin haqq etdiyinin səndə qalmasına səmimi şəkildə, təmənnasız çalışandır, sənin olmayanı qamarlamağa yardımçı olan yox.
Deməli, heç yalançı “böyük bacı” Fransa da hayların dostu sayılmaz. Zira, Parisin bölgəyə yönəlik maraqlarında kapitulyant ölkə sadəcə, bir obyektdir, subyekt yox, vasitədir, hədəf yox.
Əfsus ki, belə bəsit gerçəklər özündənrazı topluma iki əsrdən çoxdur çatmır. Çünki ağasız yaşamağa vərdiş etməyib, nankorluğa öyrəşib. Vərdişi tərgitmək isə həqiqətən çətindir. Sədi demiş, hətta xəstəliyə gətirir. Onsuz da xəstədirlər. Mifik “böyük ermənistan” xəstəsi...
Ancaq xain məxluqat yenə “Ermənistan” adında dövlətin hansısa şəkildə mövcudluğunu xəyal edirsə, o zaman pis vərdişlərini, axmaq adətlərini təcili tərk eləmək zorunda.
Bu xüsusda hayların dost sarıdan olmasa da, tərəfdaş-müttəfiq sarıdan hələlik şansı qalır. “Qafqaz qaraçıları” özlərini ağıllı apara bilsələr, o sırada boydan yuxarı, başından yekə iddialardan əl çəksələr, bölgədə haqq elədikləri yerə, statusa qane olsalar, Türkə nifrətdən imtina eləsələr, qısası, öz təbii qılaflarına qayıtsalar, onda onların ən etibarlı müttəfiqi və qarantoru elə Azərbaycan və Türkiyə olacaq, nəinki ABŞ başda olmaqla Qərb dünyası və ya Rusiya, İran, Çin.
Bəlkə Türkiyə və Azərbaycan timsalında özlərinə dost da tapdılar. Axı ermənilərdən fərqli olaraq, Türkün sözü imzasıdır. Yəni dürüstlük, kişilik məsələsi; haramdan qaçıb haqqı qorumaq vərdişi. Nəyi ki, bədnam qonşularda axtarmaq mənasızdır...
Məgər erməni xalqının başına gələn saysız müsibətlər, faciələrlə dolu tarixi ona nəsə pıçıldamır?
Dəfələrlə yazmışıq, bölgədə zor-xoş yerləşmiş bu mənfur millətin xoşbəxtliyi, dinc həyatı, əmin-amanlığı, inkişafı uzaq dövlətlərə deyil, qonşularla, ələlxüsus Azərbaycan və Türkiyə ilə sülh içində yaşamağa, bu iki dövlətə qarşı xain planlardan imtinaya bağlı.
Qərar zamanı çatmadı? Bəlkə nəhayət, cəhd edəsiz. Qafqazda bayquş (millət) kimi yaşamaqdan bezmədinizmi?..
Zahid SƏFƏROĞLU
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ