İnsanlara hürriyət, millətlərə istiqlal!

(3+3) formatı nə dəyişəcək?..

Yox, mən burada uzaq qohumdan yaxın qonşu yaxşıdır deməyəcəm, çünki bunu təkzib edən onlarla sübut var. Elə özümüzün də otuz illik müstəqillik təcrübəmiz az şey demir bu xüsusda. Məgər bu otuz ildə şimal qonşumuzun - Rusiyanın bölgədə yaratdığı problemləri həll etməklə məşğul deyilikmi?

Elə cənub qonşumuz da bizim səylərimizə rəğmən az problem yaratmayıb bizim üçün. İndi də Cənubdakı otuz-qırx milyonluq azəri türkünün hətta mədəni haqlarını tanımadıqları bir halda, hər seçkidə bu xüsusda vədlər verib sonradan onlara əməl etmədikləri halda guya keçmiş Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları sarıdan narahatlıq keçirirlər...

Amma başqa bir çıxış yolu da yoxdur. Hər bir regionun problemlərini əvvəl-axır həmin regionun ölkələri həll etməlidir, əks təqdirdə, qlobal vasitəçilərin dəstəyi ilə sülh və sabitlik təmin olunanda, bu stabil və sabit olmur, buna beynəlxalq hüquq dilində “məcburetmə” deyilir. Amma bir daha deyirik ki, sülh və əməkdaşlıq region dövlətlərinin özləri tərəfindən bir zərurət kimi anlaşılanda onlar daha möhkəm və davamlı olurlar.

Hazırda keçmiş Dağlıq Qarabağ problemi demək olar ki, tamam həll olunubdur. Amma əldə olunmuş üstünlüklərin digər dövlətlər tərəfindən də tanınması və dəstəklənməsi problemi var. Burada iki müstəvi mövcuddur: qlobal və regional. Biz qlobal vasitəçilərin “səylərini” otuz ildə gördük - bəli, otuz ildə onlar otuz qarış torpaq azad etmədilər. Bunu onların əvəzində Azərbaycan özü etdi. Amma Bakının bu qələbələrinin tanınması və dəstəklənməsi problemi var ki, bunu bir daha qeyd etmək zorundayıq. Düşünürük ki, bunun da zamana ehtiyacı var və müəyyən bir zaman intervalından sonra bu da olacaq. Hələliksə ABŞ, Fransa və digər Qərb dövlətləri, o cümlədən də Avropa İttifaqı Azərbaycanın öz ərazi bütünlüyünü təmin etməklə bağlı səylərinə ziddiyyətli mövqelər sərgiləməklə məşğuldurlar.

Bu yaxınlarda ABŞ Prezidenti Cozef Bayden iftixarla dedi ki, Ukraynaya dəstək üçün əlli dövlətdən ibarət koalisiya yaratmağa müvəffəq olmuşuq. Öz tərəfimizdən əlavə edək ki, yenə də ABŞ və Avropa ölkələri iki illik müharibə ərzində Kiyevə 60-70 milyard dollarlıq hərbi-texniki yardım göstəriblər. Bütün bunlar nədən ötrü edilir? Ondan ötrü ki, Ukraynanın ərazi bütünlüyü təmin edilsin! Bəli, belə anlaşılır ki, Ukraynaya, Moldovaya və hətta Gürcüstana dəstək vermək, Azərbaycana isə mane olmaq lazımdır! Düzdür, ABŞ Fransadan fərqli olaraq bu xüsusda bir az mülayim siyasət yürüdür, ikibaşlı olsa da, Azərbaycanın da ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Bugünlərdə ABŞ dövlət katibi Bakıya zəngində ziddiyyətli şəkildə olsa da, bir daha bunu ifadə etmişdi...

Amma bizə birmənalı dəstək lazımdır, biz siyasi və geosiyasi tapmacaları çözməklə məşğul olmağı sevmirik. Odur ki, nəzərlər yenə də region dövlətlərinə yönəlib. Əslində qardaş Türkiyənin daim bizim yanımızda olması yetərlidir. Amma Rusiya və İran bizim üçün problem yarada bilmək iqtidarındadır, ona görə də öz səylərimiz üçün, bir daha deyirik ki, onların da dəstəyini almaq yaxşı olardı. Bugünlərdə regional üçlüyün - Ankaranın, Tehranın və Moskvanın xarici işlər nazirlərinin görüşü keçirildi. Düşünürük ki, bu format altılığa doğru genişlənə bilər.

Hələ bir neçə il bundan əvvəl Rusiya politoloqu Aleksandr Duqin maraqlı bir detalı qeyd etmişdi: prosesdə Türkiyə Azərbaycanın, İran Ermənistanın tərəfdarı, Rusiya isə neytral bir tərəf kimi çıxış edə bilər!

Burada bəzi məqamlar ziddiyyətli görünə bilər, məsələn, Rusiyanı neytral, İranı isə Ermənistanın tərəfində olan ölkə kimi qəbul etmək elə də asan məsələ deyildir. Amma gəlin realist olaq: ən azı bu son üç ilin təcrübəsi bunu göstərmirmi?..

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024