Onlayn ictimai-siyasi qəzet
Zəngəzur dəhlizi ölkəmizi Türk dünyası ilə birləşdirəcək mühüm layihədir.
“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “TRT Haber”ə müsahibəsində bildirib.
Dəhlizin birbaşa Bakıya çatacaq bir xətt olduğunu vurğulayan Uraloğlu Ermənistan və ya İran vasitəsilə reallaşaq layihə sayəsində Türk dünyasında daşımaların əhəmiyyətli dərəcədə artacağına diqqət çəkib.
Bundan əvvəl nazir Zəngəzur dəhlizi ilə bağlı iki alternativin mövcudluğunu qeyd etmişdi. Onun sözlərinə görə, Ermənistandan 43 kilometrlik bir marşrut keçir. Rəsmi İrəvan tərəfindən problem yaranarsa, İran marşrutu ortaya çıxa bilər. Zəngəzur dəhlizinin Bakıdan Horadizə qədər olan Azərbaycan hissəsi başa çatmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 kilometrdir. Ümumilikdə, bu dəhlizin yaradılma prosesi 2028-ci ilə qədər davam edə bilər.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ