Onlayn ictimai-siyasi qəzet
Bu gün Hakimlərin Konfransı təşkil edilib.
Musavat.com xəbər verir ki, konfransda Məhkəmə-Hüquq Şurasının tərkibinə seçkilər keçirilib.
Konfrans üzvlərinin yekdil səsi ilə Xankəndi şəhər Məhkəməsinin sədri İlkin Abdullayev birinci instansiya məhkəmələrini təmsil edən hakim qismində Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Bununla da Məhkəmə-Hüquq Şurasının tam tərkibi formalaşıb.
Qeyd edək ki, Şuranın 15 üzvü var.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ