Onlayn ictimai-siyasi qəzet
Aparıcı Elgiz Əkbər sualı ilə həmkarı Lətafət Ələkbərova ilə müğənni Vüqar Muradovu utandırıb.
Həmin anlar “Elgizlə izlə” verilişində yaşanıb.
Belə ki, Elgiz Vüqara “Lətafət kimi bir xanımla evlənərsən?” sualını ünvanlayıb.
Muradovun isə cavabı belə olub:
“Niyə olmasın? Lətafətin əxlaqına və mədəniyyətinə kim şübhə edər ki… Məni heç normal, sıradan bir xanımla evləndirə bilmirlər qalsın ki, sənətdən olan bir xanımla (gülür). Bundan aslı deyil”.
Söhbətə müdaxilə edən Ələkbərova fikirlərini belə nəql edib:
“Sənətdən olan xanım və bəy bir-birinə dost kimi yanaşırlar. Misla üçün Vüqarla mən oturub aylarla dərdləşərəm. Yəni dost olursan”.
Aparıcının “Vüqar sənə elçi gəlsə, ona ərə gedərsən?” sualına Lətafət “Mən axı ona elə baxmıram. O da mənə… Biz bir-birimizə dost kimi baxırıq. Mən artıq evlənmək haqda ümumiyyətlə düşünmürəm” cavabını verib.
Qeyd edək ki, Vüqar subay məşhurlardan olsa da, Lətafətin bir qız övladı var.//Olay.az
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ