İnsanlara hürriyət, millətlərə istiqlal!

X sosial şəbəkəsinin sonu - XƏBƏRDARLIQ 

“Megaupload” və “Mega fayl” hostinq xidmətlərinin təsisçisi, alman əsilli fin sahibkar Kim Şmits hesab edir ki, amerikalı milyarder İlon Maska məxsus X sosial şəbəkəsi Kamalə Harrisin prezident seçkilərində qalib gələcəyi təqdirdə fəaliyyətini dayandıracaq.

O, sosial media səhifəsində yazıb: “Harris qalib gəlsə, X öləcək”.

 Qeyd edək ki, İlon Mask ölkədə davam edən seçki kampaniyasının qızğın dövründə gözlənilməz bəyanat verib. Sahibkar Donald Trampa dəstəyin hələ təmin edilmədiyi ştatlardan Respublikaçılar Partiyasının namizədinə səs verən hər kəsə 100 dollar ödəməyə hazırdır.

Elon Musk Has Given $75 Million To Pro-Trump 'America PAC'—So Far

 Maskdan pul mükafatı almaq üçün seçicilər respublikaçıların seçki proqramının əsas bəndlərini əks etdirən "Söz azadlığı və silah daşıma hüququ haqqında" petisiyaya imza atmalıdırlar. Tramp kampaniyasının məqsədi bu sənəd altında potensial tərəfdarların 1 milyon imzasını toplamaqdır.

İlon Maskın qurulmasına yardım etdiyi siyasi fəaliyyət komitəsi də son həftələrdə Donald Trampı dəstəkləmək üçün xərcləri artıraraq, ilk növbədə tərəddüd edən ştatlara milyonlarla dollar xərcləyib. Bunun üçün komitə ABŞ-ın əsasən tərəddüd edən ştatlarına milyonlarla dollar xərcləyib.

Who Is Elon Musk?

Daha əvvəl Mask bildirmişdi ki, o, meritokratiyanı (sosial mənşəyindən və maliyyə sərvətindən asılı olmayaraq rəhbər vəzifələrdə ən bacarıqlı şəxslərin tutduğu idarəetmə prinsipi) və şəxsi azadlığı müdafiə edən namizədləri dəstəkləmək məqsədi daşıyan siyasi fəaliyyət komitəsi yaradıb. Bununla yanaşı, sahibkar ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasına dəstək məqsədilə ayda 45 milyon dollar ayırmağı planlaşdırdığı barədə məlumatları təkzib edib. Siyasi fəaliyyət komitəsi avqustun ortalarında, yay aylarındakı sükut dövrü bitəndən bəri təxminən 33 milyon dollar xərcləyib.Komitə Demokrat namizəd Kamala Harrisi "radikal" adlandıran və Trampı sərhədi qoruyacaq namizəd kimi təsvir edən məktublar göndərib. Komitə son günlər tərəddüd edən ştatları hədəf alaraq onlayn reklam xərclərini də artırıb.Mask daha əvvəl bildirib ki, onun əsas məqsədi sözügedən ştatlarda Trampa səs verməyə daha çox seçici cəlb etməkdir.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR