Onlayn ictimai-siyasi qəzet
Vaşinqton Böyük Britaniyadan ABŞ-dan idxal edilən avtomobillərə rüsumların 10 faizdən 2,5 faizə endirilməsini tələb etmək niyyətindədir.
Musavat.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” mənbələrinə istinadən yayıb.
Onların məlumatına görə, ABŞ həmçinin Böyük Britaniyaya Amerika kənd təsərrüfatı məhsullarının idxalı üçün şərtləri yumşaltmağı və malların mənşəyinin müəyyən edilməsi qaydalarına yenidən baxmağı təklif etməyi planlaşdırır.
Amerika administrasiyasının Londonla danışıqlarda irəli sürməyə hazırlaşdığı tələblərin tam siyahısı hələ tamamlanmayıb, ona əlavələr edilir. Qəzet qeyd edir ki, ABŞ-ın Vaşinqtonun bütün şərtlərini qəbul edəcəyi təqdirdə Böyük Britaniyadan gələn mallara 10 faizlik rüsumları azaltmağa razı olub-olmayacağı məlum deyil.
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ