Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Vladimir vilayətinin Kirjaç şəhərində hərbi hissənin sursat anbarında partlayışlar davam edir.
Musavat.com “112” Telegram kanalına istinadən xəbər verir ki, partlayışlardan xəsarət alanların sayı 10 nəfəri keçib.
Resursun məlumatına görə, həkimlər yaralananların əksəriyyətinə qəlpə yaraları və kontuziya diaqnozu qoyublar.
“Artıq 3000-dən çox insan zərər çəkmiş ərazidən təxliyə edilib”, - nəşr yazır.
Qeyd edək ki, aprelin 22-də Kirjaç rayonundakı hərbi hissənin ərazisində yanğın baş verib, ardınca anbarda sursat partlayıb. Ərazidə fövqəladə vəziyyət elan edilib.
Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev bildirib ki, hərbi hissənin ərazisindəki sursat anbarında baş verən partlayışdan sonra Kirjaç rayonunun təxminən 450 sakini müvəqqəti yaşayış məntəqələrinə təxliyə edilib.
Rusiya hərbi ekspertləri partlayış baş verən anbarlarda çox böyük sursat, raket ehtiyatlarının olduğunu deyiblər. Sursatlar həm yerüstü, həm də yeraltı anbarlarda saxlanılır. Hələlik partlayışların yeraltı anbarlardakı sursatlara keçib-keçmədiyi bilinmir.
Yerli sakinlər sosial şəbəkələrdə partlayışların hələ də davam etdiyinə dair məlumatlar yerləşdirirlər. İndiyədək yaxınlıqda yerləşən iki evə raket düşdüyünə dair məlumat açıqlanıb.
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ