İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Çinə qarşı siyasətini yumşaldır – Tramp və Bessentdən açıqlamalar

ABŞ Çindən idxal olunan mallara rüsumları azaldacaq, lakin istənilən halda tarif dərəcəsi sıfır olmayacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu prezident Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, mövcud rüsumlar çox yüksəkdir: “145 faiz çoxdur, onlar o qədər yüksək olmayacaq. Onlar əhəmiyyətli dərəcədə aşağı düşəcək, lakin sıfır olmayacaq".

Keçən həftə o, Ağ Evdə jurnalistlərə deyib ki, ABŞ-ın Çin mallarına tətbiq etdiyi 145 faizlik tariflər azaldıla bilər və onun artırılması ehtimalı azdır.

Maliyyə naziri Skott Bessent də dünən mediaya verdiyi açıqlamalarda Çindən idxala rüsumların tezliklə azaldılacağını bildirib. Onun sözlərinə görə, Vaşinqtonla Pekin arasında bu sahədə rəsmi danışıqlar başlamasa da, mövcud rüsumlar bir neçə həftədən çox davam etməyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR