Onlayn ictimai-siyasi qəzet
ABŞ Fələstinin HƏMAS hərəkatının gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirakına icazə verməyəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, ABŞ-ın HƏMAS-ın Qəzzanın müharibədən sonrakı idarəçiliyində hər hansı rol oynamasına mane olub-olmayacağı sualına cavab verib. “Biz HƏMAS-a bunu etməyə icazə verməyəcəyik”, - deyə Tramp bildirib.
O deyib ki, Qəzzada nə baş verəcəyi gələcəkdə bilinəcək: "Qəzzanın taleyinin necə olacağını görəcəyik, lakin biz Yaxın Şərqdə çox yaxşı irəliləyiş əldə etmişik".
Tramp Ukrayna məsələsində olduğu kimi, özü prezident olardısa, 2023-cü ilin oktyabrındakı hücumun da baş verməyəcəyini iddia edib:
"Bu xüsusi günün hadisələri - 7 oktyabr 2023 - heç vaxt baş verməməli idi. Mən prezident olsaydım, bu, heç vaxt baş verməzdi. Amma biz bütün bu vəziyyəti dayandıracağıq".
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ