Onlayn ictimai-siyasi qəzet
İkinci Dünya müharibəsi zamanı Sakit okeanda yapon sualtı qayığı tərəfindən vurularaq batırılan ABŞ aviadaşıyıcısı "Yorktoun"un anqarında avtomobil aşkar edilib.
Auto.ru xəbər verir ki, 246 metr uzunluğundakı aviadaşıyıcı 2200 nəfər heyət və 90 təyyarə üçün nəzərdə tutulub.
Avtomobil 3 nömrəli liftin yanında şaquli vəziyyətdə tapılıb. Ehtimal olunur ki, bu, 1940-41-ci illər istehsalı qara rəngli "Ford Super Deluxe Woody" modelidir. Avtomobilin ön hissəsində, yuxarıda "Gəmi Xidməti" yazısı var.
Məlumata görə, "Yorktoun" 1942-ci ildə Midvey döyüşündə iştirak edib və yapon bombardmançıları ona üç bomba atıblar. Gəmi təmir üçün Perl-Harbora yollanıb, lakin yolda yapon sualtı qayığı tərəfindən hücuma məruz qalıb. Nəticədə aviadaşıyıcı 7 iyun 1942-ci ildə batıb.//Oxu.az
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ