İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio Zelenskinin bu sözlərinə görə Londona getməyib

ABŞ Dövlət katibi Marko Rubio Volodimir Zelenskinin Krımla bağlı bəyanatından sonra Ukraynada sülh danışıqları ilə bağlı görüşdə iştirak etmək üçün Londona səfərini ləğv edib.

Musavat.com xəbər verir ki, məlumatı "New York Times" yayıb.

Bildirilir ki, bu gün Londonda keçiriləcək görüşdə təqdim edilməsi planlaşdırılan Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonun əsas təkliflərindən biri Kiyevin Krımı Rusiya ərazisi kimi tanımasıdır. Nəşr yazır ki, Zelenski çərşənbə axşamı jurnalistlərə bu variantı qəbul etmədiyini söylədikdən sonra Rubionun səfəri ləğv edilib.

Qəzetin qeyd etdiyinə görə, ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffun Londondakı görüşə gedib-gəlməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Hələlik yalnız ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun iştirakı təsdiqlənib. İclasda Böyük Britaniya, Fransa və Ukrayna nümayəndələri də iştirak edəcək. Ukrayna nümayəndə heyətinə Vladimir Zelenskinin ofisinin rəhbəri Andriy Yermak, onun müavini Pavlo Palisa, xarici işlər naziri Andriy Sybiha və müdafiə naziri Rustem Umerov daxil olacaq.

Britaniyanın “The Daily Telegraph” qəzetinin məlumatına görə, Londonda keçiriləcək görüşdə ABŞ yeddi bənddən ibarət nizamlanma planını təqdim edəcək. Nəşrin adı açıqlanmayan mənbəyə istinadən verdiyi məlumata görə, Vaşinqton dərhal atəşkəs, Ukrayna və Rusiya arasında birbaşa danışıqlar, Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi, Rusiyanın Krım üzərində suverenliyinin və 2022-ci ildən bəri işğal etdiyi ərazilərdə hüququnun de-fakto ABŞ tərəfindən tanınmasını təklif edəcək. Planda həmçinin Kiyev və Vaşinqtonun mineral ehtiyatlara dair saziş imzalaması, ABŞ-ın Rusiyaya qarşı bütün sanksiyalarının götürülməsi, ABŞ-la Rusiya arasında enerji sahəsində əməkdaşlığa başlanması da var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR