İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovla milyarder Süleyman Kərimovun “qan davası”na səbəb olan şirkətin taleyi MƏLUM OLDU

İlk yayın vaxtı: 21:50

Rusiyanın ən iri onlayn satış platforması "Wildberries" yaxın zamanlarda Vladimir Putinə yaxınlığı ilə tanınan Kovalçuklar ailəsinin strukturlarına keçəcək. 

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın “Dojd” media orqanı məlumat yayıb. 

Mənbəyə görə, bu keçid artıq planlaşdırılıb və hazırda sadəcə “formallaşdırma” və “satışa hazırlıq mərhələsi” həyata keçirilir. Jurnalist və “Dojd”un aparıcısı Yuliya Taratuya bildirib ki, "Wildberries"in hazırkı sahibəsi Tatyana Kim keçmiş əri Vladislav Bakalçukdan onun 1% payını məhkəmə yolu ilə alaraq şirkətin yeganə və tam hüquqlu sahibi olub. Lakin bu proses sadəcə satışdan əvvəlki addım kimi qiymətləndirilir.

“Hadisələrə yaxın bir neçə mənbə deyir ki, "Wildberries" Kovalçukların strukturuna keçəcək və indi baş verənlər sadəcə rəsmi proseslərdir. Nəticədə bu şirkət vasitəçilər və üçüncü şəxslər üzərindən onlara veriləcək”, – deyə Taratuya bildirib.

2024-cü ilin iyun ayında "Wildberries" və Rusiyanın ən böyük açıq hava reklam operatoru RUSS qrupu birləşəcəklərini elan etmişdi. Bu sövdələşmənin əsas qalibi kimi senator Süleyman Kərimov göstərilmişdi və Vladimir Putin bu birləşməni təsdiqləmişdi. Lakin bir ay sonra Çeçenistan rəhbəri Ramzan Kadırov məsələyə müdaxilə etmiş və bu, Moskvada Kərimovla Kadırovun adamları arasında silahlı qarşıdurmaya səbəb olmuşdu.

Daha sonra Kadırov, “Yeni Avropa Qəzeti”nin məlumatına görə, Suriyada Rusiya ilə üsyançılar arasında vasitəçi rolunu alaraq bu qarşıdurmada üstünlük əldə etmiş və "Wildberries" ətrafındakı mübahisənin onun xeyrinə həllini təmin etmişdi.

Beləliklə, görünən odur ki, Rusiyanın bu iri ticarət platformasının gələcəyi ölkənin yüksək siyasi və oliqarx dairələrinin maraq dairəsinə çevrilib və yaxın aylarda ciddi dəyişikliklər gözlənilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR