İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan Çinə sərt XƏBƏRDARLIQ: Səfir XİN-ə ÇAĞIRILDI

Çinin Kiyevdəki səfiri Ma Şenqkun Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-in yaydığı rəsmi məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, xarici işlər nazirinin müavini Yevhen Perebıynis səfirlə görüşdə Çin vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştirakı, eləcə də Çin şirkətlərinin Rusiyada hərbi təyinatlı məhsulların istehsalına cəlb olunması ilə bağlı ciddi narahatlıq ifadə edib.

O, bu addımların Çinlə Ukrayna arasındakı tərəfdaşlıq ruhuna zidd olduğunu vurğulayıb.

Ukrayna xüsusi xidmət orqanları bu faktları sübut edən materialları Çin tərəfinə təqdim edib. Diplomatik nota vasitəsilə Pekindən Rusiyanın təcavüzünə dəstəyi dayandırmaq tələb olunub:

“Ukrayna dövləti Çinlə strateji tərəfdaşlığı yüksək qiymətləndirir və ümid edir ki, Çin tərəfi bundan sonra ikitərəfli münasibətlərə zərər verə biləcək addımlardan çəkinəcək”.

Çinin Rusiyaya yardımı

Xatırladaq ki, yaxın günlərdə Ukrayna prezidenti Volodimir Zelenski Çin tərəfindən Rusiyaya hərbi məhsulların göndərildiyi barədə məlumata malik olduğunu bəyan edib.

Bununla əlaqədar olaraq onun, Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya müəssisələri və üç Çin şirkətinə qarşı sanksiyaların tətbiqinə dair qərarı qüvvəyə minib.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri əvvəllər Rusiya tərəfində vuruşan bir neçə Çin vətəndaşını əsir götürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR