Onlayn ictimai-siyasi qəzet
Vüqar Bayramovun məhsuldar seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir.
Musavat.com xəbər verir ki, Füzuli rayonu Bala Bəhmənli kənd sakinləri Vüqar Byramovu coşğu ilə qarşılayıblar.
Görüşdə çıxış edən kənd ziyallısı Malik Novruzov namizəd ilə bağlı fikirlərini bölüşüb. O, Vüqar Bayramovun VI Çağrış müddətində seçiciləri ilə sıx ünsiyyət qurmasına diqqət çəkərək kənd sakinlərini seçkidə fəal iştiraka dəvət edib.
Vüqar Bayramov çıxış edərək yeni dövrünü yeni hədəflərinə uyğun olaraq hər birimizin cəmiyyətimizin daha da inkişaf etməsinə fəal töhvəsinin artırılmasına çalışmasının vacibliyini bildirib. Ötən müddətdə Füzuli rayonunda və ərazidən kənarda 131 görüş keçirdiyini bildirərək əlavə edib ki, bu müddət ərzində ünvanına 4898 müraciət daxil olmuşdur. Bunlardan 2171 müraciət Milli Məclis aparatına, 2727 müraciət isə telefon və sosial şəbəkələr də daxil olmaqla yazılı və şifahi şəkildə ünvanlanıb. Müraciətlər əsasında seçicilərin qayğılarının həll olunması üçün müxtəlif dövlət qurumlarına 2034 deputat sorğusu göndərilib. Platformada qeyd olunanlara uyğun olaraq seçicilər ilə birbaşa ünsiyyət qorunub saxlanılacaq.
Vüqar Bayramov seçiciləri sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştiraka dəvət edərək layiqli namizədə səs verməyə çağırıb.
Daha sonra çıxış edən kənd sakinləri namizədə dəstəyini nümayiş etdirərək öz fikir və təkliflərini təqdim ediblər. Sakinlərin qeyd etdiyi hər bir məsələ üzrə izahatlar verilib və mütəmadi görüşlərin təşkilinə görə seçicilər tərəfindən minnətdarlıq bildirilib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ