Onlayn ictimai-siyasi qəzet
Ukrayna və ABŞ London danışıqları çərçivəsində müharibənin dayandırılması üçün mümkün olan 22 konkret şərtdən ibarət siyahı hazırlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellog "Fox News" kanalına verdiyi müsahibədə məlumat verib.
"Ukraynalara bütün şərtlər xoş gəlmədi, amma bu normaldır. Heç kim danışıqlarda formalaşan yekun mövqedən tam razı olmur", – deyə Kellog bildirib və əlavə edib ki, hər iki tərəf “kifayət qədər yaxşı vəziyyətdədir”.
O, Rusiyanın müharibəni uda bilməyəcəyini vurğulayıb, çünki son il yarım ərzində yüz minlərlə hərbçisini itirib və yalnız “metr-metr” irəliləyə bilir.
Onun sözlərinə görə, ukraynalılar “qətiyyətlə döyüşür” və təkcə ABŞ-dan deyil, Avropadan da, xüsusilə Böyük Britaniya və Fransadan ciddi dəstək alırlar.
"Avropa tərəfdaşları lazım gələrsə, Ukraynaya dəstəyi gücləndirməyə hazırdırlar", – deyə Kellog qeyd edib.
O həmçinin bildirib ki, bu münaqişənin hərbi həlli yoxdur və bunu artıq təkcə Kiyev deyil, Moskva da anlamalıdır.
Qeyd edək ki, aprelin 23-də Londonda Ukrayna, Böyük Britaniya, Fransa, Almaniya və ABŞ nümayəndələrinin iştirakı ilə danışıqlar aparılıb. ABŞ dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoff iştirakdan imtina etsələr də, Kellog danışıqları müsbət qiymətləndirib.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ