Onlayn ictimai-siyasi qəzet
"Vaqner" özəl hərbi təşkilatının rəsmiləri Ermənistandadır və görüşlər keçirir. Bu iddia ilə Ermənistan Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan çıxış edib. O, “Vaqner”çilərin hansı məqsədlə Ermənistana gəldiyini açıqlamayıb: “Yəqin bizə kömək etməyəcəklər. Ancaq başa düşməliyik ki, onlar niyə, kimin sifarişi və ya xahişi ilə buradadırlar”.
O hesab edir ki, bu elan erməni xalqını Paşinyanı devirməyə və “keçid hökuməti” yaratmağa sövq etməlidir: “Təfərrüatları açıqlamaq lazımdırsa, biz onları açıqlayacağıq".
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənli və Sevinc Telmanqızının təqdimatındakı “Kamranla 1” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ