Onlayn ictimai-siyasi qəzet
Ötən günlərdə Vatikanda keçirilən Roma Papası Fransiskin dəfn mərasimində iştirak edən İranın mədəniyyət naziri Abbas Salehinin sürpriz səfər yoldaşı olan hökumət mollasının görüntüləri sosial şəbəkələrdə gündəm olub.
Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, Abbas Salehinin yanında yer alan iranlı molla ön sırada dayanan ABŞ prezidenti Donald Trampı mobil telefonla videoya çəkərkən kameralara tuş gəlib.
Bu görüntülər sosial media istifadəçiləri arasında gülüşlə qarşılanıb.
Maraqlıdır ki, həmin görüntülərdə mollanın və nazirin arxasında ABŞ-nin sabiq prezidenti Co Bayden də əks olunur. Ancaq görünür, molla bu məqamı tam fərq etməyib.
Musavat.com
@@TVmusavat/114075@@
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ