İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan özü barədə İLGİNC açıqlama

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, bütün hakimiyyəti öz əlində cəmləşdirmək və avtoritar lider olmaq niyyətində deyil.

Musavat.com xəbər verir ki, bu barədə o, ABC kanalına verdiyi müsahibədə bəyan edib.

Müsahibədə prezidentdən bəzi ABŞ vətəndaşlarının onun "çox səlahiyyətləri özündə topladığı və avtoritar prezidentə çevrildiyi" barədə narahatlıqlarını şərh etməsi xahiş olunub.

"Onların belə düşünməsini əsla istəməzdim. Mən yalnız bir iş görürəm - Amerikanı yenidən böyük etmək. Ölkəmiz süqut vəziyyətində idi. Dünyanın hər yeri bizimlə lağ edirdi. Bizim son dərəcə səriştəsiz bir liderimiz var idi (Trampın prezident postundakı sələfi Co Bayden - red.)", - deyə ABŞ prezidenti cavab verib.

27 aprel tarixində ABC kanalı, "The Washington Post" qəzeti və "Ipsos" sosioloji xidmətinin birgə dərc etdiyi sorğuya əsasən, ABŞ vətəndaşlarının 56%-i Trampın öz səlahiyyətlərini aşdığını düşünür. Respondentlərin 49%-i isə hesab edir ki, Donald Tramp ölkənin dünya liderliyini gücləndirməyib, əksinə, zəiflədib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR