Onlayn ictimai-siyasi qəzet
Türkiyə may ayında Azərbaycana gözlənilən səfəri zamanı İsrail Baş naziri Benyamin Netanyahunun təyyarəsinin hava məkanından keçməsinə icazə verib.
Axar.az xəbər verir ki, bu barədə “Azerbaijani-İsraeli Alliance Global Nyus” məlumat yayıb.
“Bu, Azərbaycanın İsrail və Türkiyə arasında gərginliyin azaldılmasına yönəlmiş vasitəçiliyinin kiçik, lakin simvolik uğurunu ifadə edir”, - məlumatda qeyd olunub.
Qeyd olunub ki, 2024-cü ilin noyabrında Türkiyə İsrail Prezidenti İshaq Hersoqun Bakıda keçirilən COP29 sammitində iştirakını onun təyyarəsinin hava məkanından keçməsinə icazə verməməklə faktiki olaraq əngəlləyib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Səxavət Məmmədir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ