Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Səbinə Babayeva dələduzluqla üzləşib.
Müğənni bu haqda "Afaqla 10lar" verilişində danışıb. Həmin şəxsin adını çəkməyən Səbinə adamla işbirliyi olduğunu, onun adından məclislərdən pul aldığını deyib:
"Həmin şəxs indiyənə qədər də şou-biznesdə çalışır. Ulduzlarımızı aldadır. Pulla bağlı problemləri olur. Həmin adamın xasiyyətini bilmirdim, onu özümlə aparmışdım. Gedib restoranlardan birində konsert danışıb, behi götürüb özünə. Bir gün həmin restorandan mənə zəng edirlər ki, 3 gün sonra burada solo konsertlə çıxırsınız. Filan adama beh vermişik. Şokda idim. Ondan sonra bizim yollarımız ayrılıb. Amma həmin adam hələ də şou-biznesdə çalışır".
Daha sonra prodüser Vüqar Hüsiyev Səbinənin TRT Avaz-da verilişə çıxdığını, orada onun səsinin yaxşı olmadığını deyib:
"Səbinənin səsi yaxşı çıxmadı. Böyük dava oldu. Səbinə özündən çıxdı, dalaşdı".
Bu sözlər isə Səbinəni özündən çıxardıb.
Səbinə daha sonra əvvəl adını çəkmədiyi həmin şəxsin prodüser Vüqar Hüsiyev olduğunu deyib. (Axşam.az)
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ