Onlayn ictimai-siyasi qəzet
İranın Kürdüstan əyalətinin Sərhəd Xidmətinin komandanı Sərhəd Alayının sərhədçiləri ilə qanunsuz silahlı qrup arasında bölgənin Bane şəhərində silahlı toqquşma nəticəsində iki sərhədçi ölüb.
“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kürdüstan əyalətinin Sərhəd Xidmətinin komandanı briqada generalı Fərəc Rüstəmi bildirib.
Briqada generalı bildirib ki, sərhəd alayının patrul qrupu sərhədi bağlamaq və icazəsiz hərəkətin qarşısını almaq məqsədilə sərhədin sıfır nöqtəsində xidmət edərkən “düşmən əks-inqilabi qruplaşmanın elementləri ilə qarşılaşıb”, onlara intensiv və güclü atəş açıb.
O qeyd edib ki, həmin qruplaşma üzvlərinin İran ərazisinə daxil olmasının qarşısı alınıb. Silahlı toqquşma nəticəsində sərhədçi kapitan Səccad Ədib və birinci çavuş Əli Badak ölüb.
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ