İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də Azərbaycana qarşı qərəzli qətnamə layihəsi təqdim edilib

ABŞ Senatının üzvü, Missuri ştatından olan respublikaçı senator Coş Houli və Nümayəndələr Palatasının üzvü Rayli Mur Konqresə Azərbaycana qarşı yeni qətnamə layihələri təqdim ediblər.

Musavat.com xəbər verir ki, layihədə guya Azərbaycanın 2020–2023-cü illərdə Qarabağda “etnik təmizləmə” həyata keçirdiyi iddia olunur.

Qətnamə layihələri erməni lobbisinin fəal dəstəyi ilə hazırlanıb və erməni mənbələri tərəfindən geniş şəkildə tirajlanır.

Senator Coş Houli ötən illərdə də erməni maraqlarını dəstəkləyən mövqeyi ilə seçilib, o, 2020-ci ildə də oxşar bir qətnaməyə dəstək vermişdi. Missuri ştatını təmsil edən Houlinin erməni icması ilə sıx əlaqələr qurduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR