İnsanlara hürriyət, millətlərə istiqlal!

Tokayev tibb işçilərinə hücumlara görə cəzaların sərtləşdirilməsini əmr edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev tibb işçilərinə hücumlara görə cəzaların sərtləşdirilməsi barədə göstəriş verib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.

Jeldibayın sözlərinə görə, tibb işçilərinə hücumlara görə cəzaların sərtləşdirilməsinə dair təşəbbüslər deputatlar, həkimlər, fəal vətəndaşlar tərəfindən irəli sürülüb.

Mətbuat katibi açıqlamasında bildirib ki, Tokayev hökumətə qanunvericiliyə düzəlişlər hazırlamağı tapşırıb. Onları parlamentə göndərib, ictimaiyyətlə müzakirə etməyi planlaşdırırlar.

Belə anunverbir düzəlişlərə zərurətuna səbəb iki hal idi. İyulun 16-da Karaqandada bir kişi özəl klinikalardan birində tibb bacısına hücum edib. O, yaralanıb və neyrocərrahiyyə xəstəxanasına yerləşdirilib. İyulun 17-də isə Kostanayda bir xəstə uroloqa hücum edərək onu bərk döyüb. Həkim ağır vəziyyətdə təcili tibbi yardım maşını ilə Astanaya aparılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR