İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna generalından ŞOK AÇIQLAMA: 80 min rus əsgəri...

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Rusiyaya endirilən ağır zərbələr barədə sensasion açıqlama verib.

Musavat.com xəbər verir ki, Sırski “The Washington Post” qəzetinə müsahibəsində Ukrayna ordusunun Kursk vilayəti istiqamətində keçirdiyi hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı Qüvvələrinin ciddi itkilər verdiyini bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən hücum əməliyyatları nəticəsində azı 80 min rus hərbçisi həlak olub, ya da yaralanıb.

Sırski qeyd edib ki, Ukrayna ordusu düşmənin canlı qüvvəsi və texnikasına maksimum zərbə endirməyə çalışır və bu məqsədlə həm taktiki, həm də strateji səviyyədə yeni yanaşmalar tətbiq olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR