Onlayn ictimai-siyasi qəzet
Türkiyə və Böyük Britaniya arasında mühüm hərbi anlaşma imzalanıb.
Musavat.com xəbər verir ki, iki ölkə arasında qarşılıqlı anlaşma haqqında memorandum Ankara ilə London arasında qırıcı təyyarələrin istifadəsinə dair razılaşmanın əsasını qoyur.
Yeni sənədə əsasən, Türkiyə “Eurofighter” tipli döyüş təyyarələrindən istifadə hüququ əldə edir.
Qeyd edək ki, Ankara 2023-cü ildən bəri Britaniya ilə bu təyyarələrin alınması ilə bağlı danışıqlar aparırdı. Lakin sövdələşməyə Almaniyanın vetosu mane olurdu. Bu əngəl nəhayət 2024-cü ildə aradan qaldırılıb.
Bu gün Almaniya hökumətinin Türkiyəyə 40 ədəd “Eurofighter” döyüş təyyarəsinin satışına rəsmi razılıq verdiyi açıqlanıb. Bu, Türkiyənin hava qüvvələrinin gücləndirilməsi və NATO çərçivəsində hərbi potensialın artırılması baxımından mühüm addım kimi dəyərləndirilir.
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ