Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərə start verib.
Musavat.com xəbər verir ki, “İyul fırtınası” adlandırılan manevrlərə ölkənin əsas hərbi dəniz gücləri – Şimal, Sakit okean, Baltik donanmaları və Xəzər flotiliyası cəlb olunub.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimlərdə 150-dən çox döyüş gəmisi və yardımçı gəmi, 120 hərbi təyyarə və helikopter, 10 sahil raket kompleksi, 950 hərbi və xüsusi texnika, ümumilikdə isə 15 min nəfərdən çox hərbi qulluqçu iştirak edir.
Bildirilib ki, bu irimiqyaslı təlimin məqsədi Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığını, koordinasiyasını və sürətli cavab imkanlarını sınaqdan keçirməkdir.
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ