Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan Respublikasının vətəndaşı Darın Alislamoviç Suyunovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, adam oğurluğu, qəsdən adam öldürmə və oğurluq cinayətlərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş, 28.05.1999-cu il təvəllüdlü D.A.Suyunov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ