Onlayn ictimai-siyasi qəzet
Son günlər deputat Əlibala Məhərrəmzadənin evində, obyektində iş görən ustaların əmək haqlarını ala bilməməsi ilə bağlı məlumatlar yayılıb.
Musavat.com xəbər verir ki, Qubanın 49 yaşlı deputatı Əlibala Məhərrəmzadə barəsində yayılmış şikayətlərə və iddialara cavab vermək istəmir.
Bir daha Milli Məclisin deputatı ilə əlaqə saxlamağa, mövzu ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. Bunun üçün Milli Məclisin rəsmi saytında deputatın köməkçisi kimi adı qeyd edilən Qalib Hidayətovla əlaqə saxladıq.
Qalib Hidayətova zəng etməyimizin səbəbini izah edəndən sonra iddialarla bağlı mövqe bildirilməsini istədik. Qalib Hidayətov özünün heç nə deyə bilməyəcəyini, deputatla da əlaqə saxlamağımıza kömək edə bilməyəcəyini dedi: “Nömrəsini tapın, zəng edin”.
Qalib Hidayətova “Milli Məclisin saytında adınız “köməkçi” kimi qeyd edilib” izahını verdikdə bildirdi ki, zabit kimi yüksək vəzifələrdə işləyib (mövzu ilə əlaqəsi nədir? Red.) və deputatın hansı məsələlər üzrə köməkçisi olduğunu yaxşı bilir. Qalib Hidayətov məsləhət verməkdə davam edərək dedi ki, nə deputatın evini, nə də obyektini görüb.
“Mən bu mövzu haqqında heç nə deyə bilmərəm”- deyən Qalib Hidayətov dəstəyi asdı...
Mətbuatın 150 illiyi ilə bağlı təşkil olunan məclislərdə iştirak edən, şəkil çəkdirən deputatı media nümayəndələri tapa bilmir...
Deputatla bağlı qeyd etdiyimiz məsələ müzakirə olunan ərəfədə araşdırmaçı jurnalist Cavanşir Həsənli deputatın özünə, ailəsinə məxsus bizneslə bağlı diqqət çəkən məlumatlar paylaşıb.
Müəllif Cavanşir Həsənli deputata və ailəinə məxsus biznesin siyahısı ilə bağlı aşağıdakı siyahını təqdim edib:
13.”DIALOG FREIGHT (UK) LIMITED” şirkəti-
Londondan idarə olunur, səhmlərin 75 faizi DIALOG FREIGHT LIMITED (Azərbaycan) şirkətinə məxsusdur.
Bacısı oğlu Fuad Babazadə İngiltərədə yaşayır. Ötən il onun Britaniyada iki mənzil kirayə çıxardığı haqqında elanlar var. Bunlardan biri Aberdeendə iki yataq otağı olan (Sir William Wallace Wynd, Old Aberdeen, Aberdeen AB2), digəri isə Londo da Dalling Road ünvanında yerləşən studiya tipli mənzildir.
İ.Muradov
Musavat.com
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ