Onlayn ictimai-siyasi qəzet
Törətdiyi qəza zamanı həyat yoldaşının ölümünə səbəb olan şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Musavat.com-un xəbərinə görə, hadisə Ağdam rayonu, Quzanlı qəsəbəsində baş verib.
52 yaşlı Mənsur Həsənov idarə etdiyi “VAZ 2102” markalı avtomobillə Quzanlı qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yük maşınına çırpılıb.
Qəza zamanı onun xanımı Elnarə Həsənova aldığı xəsarətlərdən dünyasını dəyişib.
Baş verən hadisəyə görə məsuliyyətə cəlb edilən Mənsur Həsənov məhkəmənin hökmü ilə şərti cəza alıb.
Mərhumun hüquqi varisi ondan şikayətçi olmayıb.
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ