İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada ilk yeraltı məktəb TİKİLİR

Ukraynanın ilk yeraltı məktəbi Xarkov şəhərində tikiləcək.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Xarkov meri İqor Terexov teleqramda yazıb.

Onun sözlərinə görə, bu, şagirdlərə hətta raket təhlükələri zamanı da təhsillərini davam etdirməsinə kömək edəcək:

"Biz Ukraynada müasir normativ tələblərə cavab verəcək ilk yeraltı məktəb tikməyi planlaşdırırıq. Belə bir sığınacaq minlərlə Xarkov uşağına raket təhdidləri zamanı təhsilini davam etdirməyə imkan verəcək".

Terexov bildirib ki, sentyabrın 1-də Xarkov metrosunun bir sıra stansiyalarında ümumilikdə 17 sinif otağı açılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR