Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, prosesdə elan olunan ittihama görə, təqsirləndirilən şəxslər əlbir olaraq dövlət büdcəsindən ayrılmış 1 milyon manat pulu mənimsəyiblər.
Dövlət ittihamçısı ittiham aktını elan edəndən sonra Raqif Abbasov və Eldəniz Qulamov özlərini təqsirli bilməyiblər. Onlar növbəti prosesdə ittihamda yer alan epizodlar üzrə ifadə verəcəklərini deyiblər. Bundan sonra şahidlərin məhkəmədə iştirakı müzakirə olunub və proses təxirə salınıb.
Qeyd edək ki, cinayət işinin ilkin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. İş üzrə dəymiş ziyandan cəmi 100 min manat ödənilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamova Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.
Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, hər iki şəxs barəsində məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib. Onlar 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ