Onlayn ictimai-siyasi qəzet
Vaşinqtonla Pekin arasında ticarət sazişinin bağlanması perspektivləri – Donald Trampın prezidentliyinin ilk dövründə olduğu kimi – olduqca qaranlıq və uzaq görünür.
Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
“Birləşmiş Ştatların Çin üzərində ticarət müharibəsində qələbə qazanması ehtimalı çox azdır. Hazırda Pekin bütün əlamətlərlə bu qarşıdurmada Trampı üstələyə biləcəyinə inandığını göstərir və buna illərdir hazırlaşır”, - deyə xəbərdə bildirilib.
CNN ekspertlərinə görə, Tramp və onun administrasiyası Çinin nə qədər davamlı olduğunu və bu mübarizənin amerikalı istehlakçılara necə ciddi təsir göstərə biləcəyini tam dərk edə bilmirlər.
Telekanal hesab edir ki, Trampın Si Cinpinlə şəxsi münasibətlərə arxalanaraq Çini geri addım atmağa məcbur edəcəyi ümidi özünü doğrultmayacaq.
CNN-in təhlilinə görə, Ağ Evin sahibi öz addımları ilə ABŞ-ı bu sahədə yeganə potensial rəqibi olan Çinlə birbaşa qarşıdurmaya sürükləyib və bu, son onilliklərdəki münasibətlərin pisləşməsinin kulminasiya nöqtəsinə çevrilə bilər.
“Bu gərginlik XXI əsrdə iki nəhəng arasında diplomatik münasibətlərdə mühüm dönüş nöqtəsi ola bilər və bu, ABŞ-ın uzunmüddətli olaraq qarşıdurmanın tammiqyaslı ticarət müharibəsinə və ya bəlkə daha pis nəticələrə gətirib çıxara bilər”, - deyə məlumatda qeyd olunub.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ