Onlayn ictimai-siyasi qəzet
Musavat.com Türkiyə siyasi səhnəsində ciddi müzakirələrə səbəb olan şok iddiaları təqdim edir.
CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun “gizli baş müşaviri” kimi tanınan Rasim Bölücek haqqında yayılan məlumatlar Türkiyə mediasında və sosial şəbəkələrdə partlayış effekti yaradıb. İddialara görə, CHP-nin heç bir deputatının belə xəbərdar olmadığı 14-cü mərtəbəsində xüsusi otaq Rasim Bölücekə təhsis olunub. Bu mərtəbənin mövcudluğundan partiyanın tanınmış simaları belə xəbərsiz olub.
CHP üzvü Doç. Dr. Oktay Gökdemir öz çıxışında bildirib:
“Biz elə bilirdik ki, CHP-nin baş qərargahı 13 mərtəbəlidir. Amma məlum olub ki, gizli bir 14-cü mərtəbə də var və orada Rasim Bölücek yerləşirdi”.
Gökdemirə görə, Kılıçdaroğlunun bütün çıxışlarını yazan, onun danışıq strategiyasını hazırlayan bu şəxs partiyanın daxilində “kölgə lider” kimi fəaliyyət göstərib. Daha da sensasion iddia isə budur ki, Bölücek CHP -də çalışan zaman rəsmi olaraq ABŞ-ın Nyu-York şəhərində qeydiyyatda olub və 15 iyul hadisələrindən sonra Amerikaya köçüb.
Rasim Bölücek – FETÖ ilə əlaqədə olan “kölgə adam”?
İddialar bununla bitmir. Keçmiş MİT əməkdaşı Enver Altaylı ilə Rasim Bölücek arasında 1159 dəfə telefon danışığı olduğu ortaya çıxıb. Xatırladaq ki, Altaylı FETÖ və CIA ilə əlaqələrə görə həbs edilmişdi.
Bununla yanaşı, Kılıçdaroğlunun 15 iyul hadisələrini “kontrollü çevriliş” adlandırmasının da ideya müəllifi məhz Rasim Bölücek olduğu deyilir.
Bölücek eyni zamanda, Mansur Yavaş tərəfindən də dəstəklənərək Ankara Böyükşəhər Bələdiyyəsinə bağlı Metropol A.Ş şirkətinin İdarə Heyətinə daxil edilib.
CHP-də “paralel qərar mərkəzi” iddiası
CHP-nin keçmiş sözçüsü Tuncay Özkan daha da təəccüblü açıqlama ilə çıxış edib:
“CHP-nin içində, amma partiyadan kənarda olan gizli bir qərar mərkəzi var. Biz belə kim olduqlarını bilmirik. Kılıçdaroğlu o qərarları alıb MYK-ya gətirirdi.”
Bu iddialar partiyanın daxilində “Gladyo” tipli gizli strukturun formalaşdığı, FETÖ-nün də bu sistemin əsas elementlərindən biri olduğu ehtimalını gündəmə gətirib.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ