Onlayn ictimai-siyasi qəzet
“Cənab prezident, əgər Piter Navarro sizə Ron Var haqqında yalan danışıbsa, bəs başqa nələr barədə də sizi aldadıb? ABŞ hər şeydən üstündür. Onu işdən qovun!”
Musavat.com xəbər verir ki, bu sözləri İlon Maskın qardaşı Kimbal Mask X hesabında yazıb.
O, Ron Var deyərkən ABŞ prezidenti Donald Trampın ticarət məsələləri üzrə müşaviri Piter Navarronun uydurduğu saxta iqtisadçını nəzərdə tutub.
MSNBC-nin məlumatına görə, Navarro - bu uydurma şəxs guya mövcud olan iqtisadçı Ron Var adından istifadə edərək Tramp administrasiyasına ABŞ-ın ticarət tərəfdaşlarına qarşı kütləvi tariflər tətbiq etməyi tövsiyə edib.
Son vaxtlar İlon Mask ilə Piter Navarro arasında açıq şəkildə qarşıdurma müşahidə olunur. Mask ABŞ ilə Avropa arasında “sıfır tarif” rejiminin tərəfdarı olduğunu bildirib və bu, Navarronun sərt tənqidinə səbəb olub.
Bundan sonra Piter Navarro iddia edib ki, İlon Maskın sahibi olduğu “Tesla” əslində avtomobil istehsal etmir, sadəcə xarici komponentlərdən avtomobilləri yığır. Mask isə buna cavab olaraq onu “axmaq” adlandırıb.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ