İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ABŞ-la danışıqlar üçün 2,7 milyon dollar məsləhətçi pulu ayırdı


Ukrayna hökuməti ABŞ-la yeraltı sərvətlərlə bağlı sazişin hazırlanması çərçivəsində məsləhətçi xidmətlərinə 2,7 milyon dollar (113 milyon qrivna) vəsait ayıracaq.

Musavat.com xəbər verir ki, bu barədə qərar Ukrayna Nazirlər Kabinetinin rəsmi saytında yayımlanıb. Sənəddə qeyd olunur ki, ayrılan vəsait ABŞ və Ukrayna qanunvericiliyinin xüsusiyyətləri nəzərə alınmaqla, razılaşdırılmış mövqe hazırlanması və müvafiq məsləhətçi dəstəyinin təmin edilməsi üçün istifadə olunacaq.

Qərarın əsas məqsədi ABŞ tərəfi ilə aparılacaq danışıqlarda Ukraynanın vahid mövqeyinin formalaşdırılması və “bərpa investisiya fondu” yaradılması üzrə razılaşmanın əldə olunmasına hazırlıqdır.

Məlumata görə, bu məbləğ Ukraynanın dövlət büdcəsinin ehtiyat fondundan ayrılıb və xüsusi tədbirlər üçün nəzərdə tutulub.

Ekspertlər hesab edirlər ki, bu məsləhətçi xidmətləri Ukraynanın geosiyasi və iqtisadi maraqlarının qorunmasında, xüsusilə də enerji və yeraltı sərvətlər sahəsində ABŞ-la strateji əməkdaşlığın qurulmasında mühüm rol oynaya bilər.

Rəsmi Kiyev hələlik hansı məsləhətçi şirkətlərin prosesə cəlb olunacağını açıqlamayıb. Lakin bəzi mənbələr bu layihənin beynəlxalq konsaltinq nəhənglərinin diqqətində olduğunu bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR