Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, sosial mediada yayılan görüntülər geniş rezonans doğurub. Sinif otağında baş verən və şagirdlər tərəfindən lentə alınan hadisə təhsil ictimaiyyətini şoka salıb.
Videoda ağ saçlı yaşlı bir müəllim əlində çubuqla sinifdə nizam-intizam yaratmağa çalışarkən onun sözünə baxmayan, fiziki olaraq ondan kiçik və arıq bir şagirdə yaxınlaşdığı görünür. Müəllimin təzyiqi qarşısında qəzəblənən şagird əvvəlcə müəllimi sinəsindən itələyərək yerə yıxır. Ardınca isə müəllimin revanş təşəbbüsünə qarşı çıxaraq onu boyun nahiyəsindən sıxıb boğmağa cəhd edir.
Əgər digər şagirdlər vaxtında müdaxilə etməsəydilər, qarşıdurma ciddi fəsadlarla nəticələnə bilərdi. Videoda şagirdlərin təşviş içində dava edən tərəfləri ayırmağa çalışdıqları açıq şəkildə görünür.
Hadisənin hansı məktəbdə və hansı tarixdə baş verdiyi hələlik məlum deyil. Danışıq rus dilində olduğu və uşaqların slavyan tipi onu deməyə əsas verir ki, hadisə Rusiyada baş verib.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ