Onlayn ictimai-siyasi qəzet
İsrail ordusunun Qəzza şəhərinin şərqində yerləşən Şucaiyyə rayonuna endirdiyi hava zərbəsi nəticəsində azı 20 nəfər həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Al Jazeera” telekanalı tibb mənbələrinə istinadən yayıb. Hücum nəticəsində daha təxminən 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların bir neçəsinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Məlumata görə həlak olan və yaralananların əksəriyyəti qadınlar və uşaqlardır. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında hələ də insanların qaldığı ehtimal edilir.
Şahidlər bildirirlər ki, hücum gecə saatlarında həyata keçirilib və yaşayış məntəqələri hədəfə alınıb. Partlayışlar nəticəsində çoxsaylı evlər tamamilə dağılıb, mülki infrastruktura ciddi ziyan dəyib.
Qeyd edək ki, son günlərdə İsrailin Qəzzaya qarşı hücumları yenidən intensivləşib. Humanitar təşkilatlar bölgədə vəziyyətin hər saat daha da ağırlaşdığını, dərman, ərzaq və təmiz su çatışmazlığının kritik həddə çatdığını bildirirlər.
Beynəlxalq ictimaiyyət isə baş verən hadisələrlə bağlı narahatlığını ifadə etsə də, tərəflər arasında gərginlik səngimək bilmir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ