İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var  

Ermənistanda Qarabağ ermənilərinə güclü nifrət var.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalif deputatı Elinart Vardanyan bildirib.

O bildirib ki, bu prosesin arxasında konkret şəxslər və konkret mərkəzlər dayanır və bu, adi bir şəkildə yönləndirilən faşizmdir.

“Mən bu hakimiyyətin heç bir nümayəndəsi ilə hər hansı məsələ üzrə məzmunlu müzakirənin mümkün olduğuna inanmıram. Lakin bu gün hüquq-mühafizə orqanlarında rəhbər vəzifə tutan qadınlara – Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun rəhbərlərinə müraciət etmək istəyirəm. Sizin gözünüz önündə baş verən bu qəbuledilməz və eybəcər prosesi görməməzlikdən gəlməyə haqqınız yoxdur,” – deyə Vardanyan yazıb.

Onun sözlərinə görə yerli sosial şəbəkələrdə və bəzi informasiya kanallarında Qarabağdan olan ermənilərə qarşı bilərəkdən nifrət aşılanır.

Erməni deputat hüquq-mühafizə orqanlarını bu təbliğatın mənbəyini və idarəetmə sistemini araşdırmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR